Portuqaliya millisinin Uels üzərində qazandığı qələbədən sonra baş verən səmimi və diqqətçəkən epizod ictimaiyyətin marağına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, qarşılaşmanın ardından televiziya kamerası Bruno Fernandeşə yönəlsə də, o, diqqəti özündən uzaqlaşdıraraq Joau Kanselunu göstərib.
Kameranın obyektivi Joau Kanseluya tuşlandıqda isə müdafiəçi kapitan sarğısına işarə edərək komandadakı rəhbərlik rolunu və liderlik məsuliyyətini vurğulayıb. Matçdan sonrakı bu qısa, lakin mənalı jest Portuqaliya yığmasının düşərgəsindəki ab-havanı və futbolçular arasındakı qarşılıqlı hörməti bir daha nümayiş etdirib. ShopByBro
Nazim Hacıyev
Telegram kanalımız