Böyük Britaniya Baş naziri və Mançesterin sabiq meri Endi Börnhem "Mançester Siti" klubu ilə bağlı gərginliklər və mümkün sanksiyalara dair fikrini bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, klubun sahiblərinin şəhərə və komandaya verdiyi töhfəni yüksək qiymətləndirərək investorların gedişindən narahatlığını gizlətməyib:
"Klubun sahiblərini itirməkdən ciddi narahat olardım. Açığı, onlar müasir Mançesterin qurulmasında, eləcə də "Mançester Siti"nin bugünkü qlobal gücə çevrilməsində böyük tərəfdaş olublar. Mən hüquqi prosesə bundan artıq müdaxilə edə bilmərəm, bu düzgün olmazdı. Bütün detalları ətraflı araşdırmadan əvvəlcədən hökm çıxarmaq da doğru deyil. "City Football Group"a və klubun digər sahiblərinə təkcə "Etihad" stadionuna və onun ətrafındakı infrastruktura deyil, həm də Mançester şəhərinə yatırdıqları nəhəng vəsaitə görə təşəkkür etmək istəyirəm". Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız