YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Baş prokuror işgəncə iddialarından danışdı

Baş prokuror işgəncə iddialarından danışdı

Digər

24 Noyabr 2022 17:46 601


Baş prokuror Kamran Əliyev saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddialara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Elmi Məsləhət Şurasının iclasında danışıb.

K. Əliyev bildirib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir.

"Adətən, narkotik işlərində saxlanılan şəxslər saxlanıldığı və istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atır. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır", - deyə Baş prokuror qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!