"Bavariya" klubu transfer pəncərəsində növbəti böyük gedişinə hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, Münhen təmsilçisi İspaniya "Barselona"sının və milli komandasının hücumameyilli yarımmüdafiəçisi Dani Olmonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Almaniya nəhəngi bu keçid üçün Kataloniya klubuna rəsmi olaraq 80 milyon avroluq təklif göndərməyi planlaşdırır. pizza sifarişi
Transfer danışıqlarının intensivləşməsi "Barselona"nın heyətində gözlənilən mümkün dəyişikliklərlə birbaşa bağlıdır. Joau Feliksin "Barselona"ya qayıtmaq ehtimalı Dani Olmonun komandadakı oyun vaxtının azalmasına səbəb ola bilər ki, "Bavariya" da məhz bu məqamdan yararlanaraq danışıqları sürətləndirmək niyyətindədir.
Hələlik futbolçunun özü Kataloniya təmsilçisində qalmağa üstünlük versə də, maliyyə çətinlikləri fonunda "Barselona" rəhbərliyinin 80 milyon avroluq cəlbedici təklifi ciddi şəkildə dəyərləndirəcəyi bildirilir.
Nazim Hacıyev
Telegram kanalımız