Baxmutun müdafiəsi strateji önəmə malikdir - Podolyak 

saytların hazırlanması

Evə çatdırılma

Baxmutun müdafiəsi strateji önəmə malikdir - Podolyak 

Dünya

20 Aprel 2023 14:33 599


"Baxmutun müdafiəsi strateji önəmə malikdir". 

Yenisabah.az xəbər verir ki, bunu tviter səhifəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak yazıb. 

"Kilid məsələ haqqında. Baxmutun müdafiəsi strateji önəmə malikdir. 9 aydan çoxdur ki, Rusiyanın hücum potensialını "tormozlayır". Ukrayna Silahlı Qüvvələri düşmənin ən peşəkar bölmələrini yox edir və Kremlin kilid planlarını - Luqansk və Donetsk regionlarının sərhədlərinə çıxmaq - pozur. Qalan hər şey sonraya", - o qeyd edib.  Dördpendirli pizza

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!