Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Boris Consonun istefasından sonra bu ölkə ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Yenisabah.az xəbər verir ki, Baydenin yazılı bəyanatında deyilir: "Bir çox prioritet məsələlərdə Böyük Britaniya hökuməti, eləcə də dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirməyi gözləyirik".
Bayden Ukraynaya dəstəyin davam etdiriləcəyini, həmçinin Rusiya prezidenti Vladimir Putinin əməllərinə görə cavab verməsi üçün Böyük Britaniya ilə əməkdaşlığı davam etdirəcəklərini qeyd edib. Pepperoni pizza
Telegram kanalımız