Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bayden Kuba hakimiyyətini hədələdi:  Növbəti sanksiyalar gəlir!
31 İyl 2021 14:21
456

Bayden Kuba hakimiyyətini hədələdi: Növbəti sanksiyalar gəlir!

Kuba ABŞ-nin növbəti sanksiya hədəfinə çevrilib.

Yenisabah.az xəbər verir ki, bu barədə açıqlama verən ABŞ prezidenti Cozef Bayden sanksiyaya səbəb olaraq  ölkədə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsini göstərib.

Ağ Evin rəhbəri Kuba diasporunun nümayəndələri ilə görüşü zamanı sanksiyaların Kubada radikal dəyişikliklər edilməyəcəyi  təqdirdə daha da genişləndiriləcəyini vurğulayıb. Daha sonra isə bu dəyişikliklərin olacağını gözləmədiyini bildirib.

Co Bayden Kuba xalqının dövlətdən çəkinmədən ölkədə baş verənlərə münasibət bildirə bilməsi üçün lazımi addımların atıldığını diqqətə çatdırıb. O, bir ay ərzində “Kuba xalqına göndərilən yardımın yüksək səviyyədə çatdırılması” ilə bağlı  tövsiyələrin hazırlanması üçün Dövlət Departamenti və Maliyyə Nazirliyinə tapşırıqlar verildiyini də qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər