Bayden Ledi Qaqaya vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden Ledi Qaqaya vəzifə verdi

Şou

14 Aprel 2023 11:48 868


Co Bayden amerikalı müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edib.

Yenisabah.az xəbər verir ki, Ledi Qaqa (əsl adı Stefani Coan Ancelina Cermanottadır) 13 "Qremmi" mükafatının sahibi və tarixin ən uğurlu kommersiya sənətçilərindən biridir.

O, 1982-ci ildə yaradılan komitə vasitəsilə ABŞ prezidentinə və hökumət rəsmilərinə məsləhətlər verəcək. Sezar pizza

Qeyd edək ki, Ledi Qaqa 2020-ci ilin prezident seçkiləri çərçivəsində dəfələrlə tədbirlərdə çıxış edib və Baydenə dəstək kampaniyasında fəal iştirak edib. Müğənni 2021-ci ilin yanvarında Baydenin andiçmə mərasimində ABŞ dövlət himnini ifa edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!