Baydenə etimad reytinqi azalıb - Sorğu

saytların hazırlanması

Evə çatdırılma

Baydenə etimad reytinqi azalıb - Sorğu

Dünya

20 İyul 2022 15:11 769


ABŞ prezidenti Co Baydenin etimad səviyyəsi bu həftə 36 faizə düşüb ki, bu da onun Ağ Evdəki 19 ayı ərzində ən aşağı göstərici olub.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bunu “Ipsos” sosioloji xidmətinin dərc etdiyi sorğunun nəticələri sübut edir.

Baydenin bəyənmə reytinqi bir həftə əvvəl qeydə alınan 39 faizlə müqayisədə 3 faiz azalıb. Amerikalıların 59 faizi prezidentin işini bəyənmir. pizza mizza

Demokratlar Partiyasında da Baydenin müdafiə səviyyəsi azalıb. Ötən həftə bu göstərici 74 faiz idisə, indi 69 faizə düşüb. Respublikaçılar Partiyasının nümayəndələri arasında isə cəmi 11 faiz prezidentin fəaliyyətini bəyənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!