“Bayern München”in ofisində axtarış aparıldı

saytların hazırlanması

Evə çatdırılma

“Bayern München”in ofisində axtarış aparıldı

Dünya

29 Aprel 2023 12:31 690


Almaniya Federal Kriminal Polisi və Bavariya Kriminal Polis Departamentinin əməkdaşları Münhenin “Allianz Arena”sında və “Bayern München” futbol klubunun qərargahında axtarışlar aparıblar.

Yenisabah.az “Bild”ə istinadla xəbər verir ki, axtarışlar rusiyalı milyarder, “USM Holding”in təsisçisi və əsas səhmdarı Əlişir Usmanova qarşı işlə bağlıdır. Sonuncu vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.

Ə. Usmanov “Bayern München” klubunun fəxri prezidenti Uli Höhnesə yaxınlığı ilə tanınır. Rusiyalı iş adamı onun vasitəsilə Münhen təmsilçisinin Çempionlar Liqasındakı oyunları üçün VIP biletlər alıb. Marqarita pizza

Frankfurt Baş Prokurorluğu futbol klubuna qarşı heç bir araşdırma aparılmadığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!