Bayram ərəfəsində təhlükəli əməliyyatın qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Bayram ərəfəsində təhlükəli əməliyyatın qarşısı alındı

Hadisə

19 Noyabr 2026 16:10 38


Göygöl rayonunda qanunsuz dövriyyəyə çıxarılmaq istənilən 23 mindən çox pirotexniki vasitə aşkarlanaraq götürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitənin əməliyyat struktur bölmələri tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. İnternetdən sifariş

Gömrük əməkdaşlarının Göygöl rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı 28 adda, ümumilikdə 23 353 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!