İsmayıllıda antisanitar şəraitdə qanunsuz heyvan kəsimi təşkil edən şəxsin fəaliyyəti aşkarlanıb. Evdə baytarlıq ekspertizasından keçirilməmiş, mənşəyi məlum olmayan 300 kiloqrama yaxın at əti tapılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, AQTA müfəttişləri polis əməkdaşları ilə birgə İsmayıllı rayonunda qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Sərfəli qiymətə məhsullar
Tədbir zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya, eləcə də sanitariya-gigiyena normalarının pozulduğu, antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyənləşdirilib.
Ünvana baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçirilməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Aşkarlanan ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız