Xalq artisti Könül Xasıyevanın çıxış edəcəyi “By Mukhtar Restoran & Pub”ın qiymətləri məlum olub.
“Yeni Sabah” xəbər verir ki, onun sənətkarın canlı ifasını dinləmək istəyənlər hər kəs ən azı 50 manat ödəməli olacaq.
Tədbirə qatılan şəxs menyudan minimum 50 manatlıq sifariş verməlidir. Bakıda online alış-veriş
Xalq artistinin sözügedən məkanda çıxış etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir sıra izləyici K.Xasıyevanın "pub"da oxumasını tənqid edib.
Müzakirələrdən sonra “By Mukhtar Restoran & Pub”ın rəhbərliyi açıqlama yayaraq məkanın gecə klubu deyil, restoran olduğunu bildirib.
Rəhbərlik Könül Xasıyevanın çıxışından məmnun qalıb və Xalq artisti noyabrın 24-də yenidən səhnəyə çıxacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız