Bazar günü DİM imtahan keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü DİM imtahan keçirəcək

Sosial

15 Fevral 2024 10:52 364


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.

Yenisabah.az xəbər verir ki, imtahanda 309 iddiaçı iştirak edəcək.

302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. pizza mizza

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə martın 4-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!