Bazar günü hava necə olacaq? - AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü hava necə olacaq? - AÇIQLANDI

Sosial

27 Noyabr 2021 12:19 609


Bakıda və Abşeron yarımadasında noyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Marqarita pizza

Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!