BDU-nun dosenti vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun dosenti vəfat etdi

Sosial

03 Mart 2023 17:18 758


Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dosenti Zahid Hacıyev dünyasını dəyişib.

Yenuisabah.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva deyib.

Zahid İsmayıl oğlu Hacıyev 08 iyun 1948-cü ildə anadan olub. 1966-1969-cu illərdə BDU-nun, 1970-1973-cü illərdə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültələrində ali təhsil alıb. 1970-1973-cü illərdə MDU-nun Fizika fakültəsinin aspirantı olub. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1988-ci ildə dosent elmi adını alıb. 1988-ci ildən indiyədək BDU-nun Optika və molekulyar fizika kafedrasında dosent vəzifəsində işləyib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!