Əməkdar artist Bəhram Bağırzadə Hacı Şahin Həsənli ilə bağlı status paylaşıb.
Yenisabah.az xəbər verir ki, o, "Facebook" hesabında bu gün vəfat edən ilahiyyatçı barədə yazıb:
“Kiminə görə Həsənov, Həsənli, kiminə görə də Hacı, Hacı Şahin olub. Kimsə ona müəllim və ya şeyx deyirdi... Biz isə dost olan 189 saylı məktəbin şagirdləri sadəcə olaraq onu Bakısayağı Şonya deyə çağırırdıq. Toyuqlu pizza
Əziz Şonya... Sən gecə vəfat etdin. Bunun necə və niyə baş verdiyini hələ bilmirik. Başımda çaşqınlıq, ürəyimdə ağrı... Heç nə başa düşmürəm. Amma bir neçə dəqiqədən sonra işlədiyin məscidə gedəcəm. Siz çox ağıllı, müdrik, aristokrat, savadlı, bir neçə dil bilirdiniz”.
Telegram kanalımız