Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin müdafiə qabiliyyəti və təhlükəsizlik məsələlərinə dair keçirilən iclasda mühüm tapşırıqlar verib.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı ölkənin hərbi hazırlıq səviyyəsinin, o cümlədən səfərbərlik planlarının tam hazır vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb.
Lukaşenko bildirib ki, regionda artan gərginlik və potensial hərbi təhdidlər Belarus ordusunun hər an müxtəlif ssenarilərə cavab verməsini tələb edir: pizza
"Ordumuzun, tibbi yoxlanış da daxil olmaqla, səfərbərlik planları hazır olmalıdır. Hər bir qurum və hərbi hissə öz öhdəliyinə düşən vəzifəni dəqiqliklə icra etməyə imkan verən mexanizmə malik olmalıdır", — deyə Belarus lideri bəyan edib.
Belarus prezidenti xüsusilə vurğulayıb ki, tibbi müayinə və ehtiyatda olan heyətin qeydiyyatı prosesi kağız üzərində deyil, reallıqda tam işlək vəziyyətdə saxlanılmalıdır. O, hərbi komissarlıqların və aidiyyəti dövlət orqanlarının bu istiqamətdə nəzarəti artırmalarını və bütün texniki-təşkilati məsələləri dərhal yekunlaşdırmalarını tələb edib.
Nazim Hacıyev
Telegram kanalımız