Belarusda məlumatların dəqiqləşdirilməsi üçün ehtiyatda olan vətəndaşlar hərbi komissarlığa gəlmə çağırışları alırlar.
Yenisabah.az xəbər verir ki, bu barədə “Belarus Qayun” “Telegram” kanalı məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyi bunu “standart yoxlama” adlandırıb. Vətəndaşların hərbi komissarlıqlara çağırılması telefon və çağırış yolu ilə həyata keçirilir. pizza
Nazirlik əmin edib ki, Belarusda səfərbərlik tədbirləri həyata keçirilmir.
Bununla belə, çağırış vərəqələri hətta Maryina Qirka şəhərindəki 5-ci xüsusi qüvvələr qrupunun sabiq üzvlərinə də göndərilir. Onlar oktyabrın 21-dən noyabrın 4-dək keçiriləcək hərbi toplanışa çağırılırlar.
Bundan əlavə, keçmiş polislərə də çağırış vərəqələri göndərilib.
Telegram kanalımız