16 Avqust - 04:41
Bələdiyyə sədri timsahla evləndi

Bələdiyyə sədri timsahla evləndi

Digər

01 İyul 2022 17:33 673


Meksikanın kiçik bir balıqçı şəhərinin bələdiyyə sədri Viktor Hüqo Sousa timsahla evlənib. Toy qəsəbədə rəngarəng görüntülərə səbəb olsa da, sosial mediada da geniş əks-səda doğurub.

Yenisabah.az xəbər verir ki, bu həmin şəhərin adəti sayılır.

Yerli insanlar “Kiçik Şahzadə” adlanan yeddi yaşlı timsahı təbiəti təmsil edən tanrı kimi görürlər. Timsahın yerli liderlə evlənməsi insanların ilahi ilə birləşməsini simvollaşdırır. Hər il olduğu kimi, sədr gəlinlik geyinmiş timsahı qucağına alaraq küçə-küçə gəzdirib.

Mərasimə qatılan sakinlər ənənəvi musiqinin sədaları altında rəqs edib, bəylə gəlini papaqlarını çıxararaq salamlayıblar.Hər ehtimala qarşı ağzı bağlanılan olan timsah gəlinliklə yanaşı, rəngli aksesuarlarla da bəzədilib. Sədr Sousa timsahın möhkəm bağlanmış ağzından dəfələrlə öpərək “Təbiətdən çaylarımıza kifayət qədər yağış, kifayət qədər qida və balıq verməsini xahiş edirik” deyib.

 Sözügedən ritual Oaxaca əyalətində yaşayan Chontal və Huave qəbilələrinə aiddir və bolluq və məhsuldarlıq gətirmək üçün bu gün də davam etdirilir. Meksikanın cənubunda yerləşən Oaxacanın kasıb bölgə olmasına baxmayaraq mədəni zənginliyi ilə diqqət çəkir. Yerli insanlar illərdir öz dinlərinə, adət-ənənələrinə sadiq qalıblar./Sherg.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!