“Bəniz” ev dustaqlığına buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

“Bəniz” ev dustaqlığına buraxılmadı

Kriminal

10 İyun 2025 12:28 305


Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. pizza mizza

Vəsatət təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin baxış iclası iyunun 17-nə təyin edilib.

Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş X.Kərimov "Bəniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!