Bərdədə güclü külək dağıntılar yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə güclü külək dağıntılar yaratdı

Sosial

30 Mart 2023 15:08 648


Bərdə rayonunda güclü külək dağıntılar yaradıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə şəhərin bir neçə küçə və prospektində yerləşən çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün bir hissəsini dağıdıb.

Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. pizza mizza

Bundan başqa, şəhərin bir neçə küçəsində irigövdəli ağaclar qırılıb. Qırılmış ağaclar kəsilərək ərazilərdən götürülüb, elektrik xətləri isə bərpa edilir.

Bərdə Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa çatdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!