Bərdədə təhlükəli “yük” ortaya çıxdı -   Polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə təhlükəli “yük” ortaya çıxdı - Polis hərəkətə keçdi

Kriminal

23 Sentyabr 2026 12:37 158


Bərdədə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib. Pepperoni pizza

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!