Beş gün ardıcıl İŞ OLMAYACAQ

saytların hazırlanması

Evə çatdırılma

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Sosial

25 Mart 2026 18:21 62443


May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq. Toyuqlu pizza

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.

30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq. /Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Alik
    Milləti imkan verin işləsin, əmək haqlarını artırın. Martda 11 gün, mayda bir həftə dövlət təşkilatlarında yüksək əmək haqqı alanlar istirahət edir, amma özəl təşkilatlarda 350-500 manat alanlar iki gün bayram edir. Olmaz ki ozəldə işləyənlərin də əmək haqqı qaldırılsın və onlarda dövlət idarələrində ki kimi insan kimi istirahət etsinlər. Bütün özəl klinikalar cəmi iki gün istirahət verdilər. Bu həftənin bütün günləri işləyir onlar. Prezidentin əmri, dövlətin qərarı varsa niyə bütün vətəndaşlara şamil edilmir?
    2 months ago
  • NƏZAKƏT MUSTAFAYEVA
    Salam mənə də maraqlıdır mənə elə gəlirkiki bu nu yazan 5 günlük də işləyən di öz xeyrinə yazlr .
    2 months ago
  • Kamran
    Salam her vaxdiniz xeyir bize maraqlidirki niye 6 gun caliwanlar yox 5 gun caliwanlar ucun olur isdirahet gunleri halbuki en cox zehmet cekenler 6 gun iwleyenlerdi sebeb nedir?
    2 months ago