Bəxtiyar Hacıyev hazırda bu vəziyyətdədir   - Yeni foto

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyev hazırda bu vəziyyətdədir - Yeni foto

Sosial

14 Fevral 2023 18:37 2466


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yeni fotosu yayılıb.

Yenisabah.az xəbər verir ki, onun məhkəməyə gətirilərkən çəkilmiş fotosunu jurnalist Elnarə Qasımova paylaşıb.

Bu gün saat 16:00-da Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaqdı. pizza sifarişi

Xatırladaq ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev 3 gün öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi bildirilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.Bəxtiyar Hacıyevin yeni fotosu yayıldı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!