Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri necə çap olundu? - Maraqlı xatirə

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri necə çap olundu? - Maraqlı xatirə

Mədəniyyət

16 Sentyabr 2026 16:44 103


Səməd Vurğunun Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirinin çapına necə kömək etdiyi barədə material gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, şairin xəstəxanada müalicə aldığı günlərdən birində Bəxtiyar Vahabzadə və Yusif Səmədoğlu onu ziyarət edib. Görüş zamanı Səməd Vurğun gənc Bəxtiyar Vahabzadədən yaradıcılığında hansı yeniliklərin olduğunu və son vaxtlar nələr yazdığını soruşub.

Bu zaman Yusif Səmədoğlu atasının sözünə qarışaraq Bəxtiyarın gözəl bir şeir yazdığını, lakin qəzetlərin əsəri dərc etmədiyini deyib. Səbəb kimi isə şeirin “millətçi” olması göstərildiyini bildirib. Dördpendirli pizza

Səməd Vurğun şeirlə maraqlanaraq onun Bəxtiyar Vahabzadənin yanında olub-olmadığını soruşub. Bəxtiyar cibindən şeir yazılmış vərəqi çıxararaq Səməd Vurğuna təqdim edib. Şair əsəri diqqətlə oxuduqdan sonra qələmini götürüb şeirin adı ilə ilk bəndin birinci misrası arasındakı boş hissəyə öz əli ilə epiqraf-ithaf kimi bu sözləri yazıb:

“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik! V.İ. Lenin”.

Daha sonra Səməd Vurğun vərəqi Bəxtiyar Vahabzadəyə qaytararaq şeiri ertəsi gün “Kommunist” qəzetinə aparmasını məsləhət görüb.

Bəxtiyar Vahabzadə də şairin tövsiyəsinə əməl edib. Çox keçmədən onun sonralar dillər əzbərinə çevrilən məşhur “Ana dili” əsəri Azərbaycan SSR-in əsas qəzetlərindən biri hesab olunan “Kommunist” qəzetinin ilk səhifəsində dərc olunub.

Bu hadisə Ş. Aydınoğlunun xatirələrində öz əksini tapıb

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!