Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.
Yenisabah.az xəbər verir ki, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir. Sezar pizza
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız