Son vaxtlar tez yorulur, fikirlərinizi toplamaqda çətinlik çəkir, çox şeyi unudur və əvvəlki kimi diqqətinizi cəmləyə bilmirsinizsə, bunu yalnız stresslə əlaqələndirmək olmaz.
"Yeni Sabah" xəbər verir ki, beynin yorulması özünü müxtəlif əlamətlərlə göstərə bilər.
Belə hallarda insanın zehni kəskinliyi zəifləyə, konsentrasiya və diqqət toplamaq çətinləşə bilər. Unutqanlıq, dalğınlıq, danışarkən fikrini və demək istədiyi sözü qarışdırmaq, az əvvəl danışılan mövzunu və ya olduğu yeri xatırlamaqda çətinlik çəkmək də müşahidə oluna bilər. pizza mizza
Bundan əlavə, səbəbsiz əsəbilik, həyata marağın azalması, işə və sosial həyata fokuslanmaqda çətinlik və davamlı zehni yorğunluq yarana bilər.
Bu şikayətlər yuxu rejiminin pozulması, uzunmüddətli stress, vitamin və mineral çatışmazlığı, hormonal dəyişikliklər, bəzi metabolik problemlər və xroniki ağrılarla əlaqəli ola bilər.
Boyun və onurğa problemləri, uzunmüddətli əzələ gərginliyi, düzgün olmayan bədən duruşu və diş sıxma da ümumi yorğunluğu və diqqət problemlərini artıra bilər.
Şikayətlər uzun müddət davam edirsə və gündəlik həyatınıza təsir göstərirsə, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək vacibdir.
Aytac Əliyeva
Telegram kanalımız