Bəzi rayonlara yağış yağıb, güclü külək əsib -   Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib - Faktiki hava

Sosial

17 İyul 2026 09:43 61


Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Gəncədə 11, Şəmkir, Sarıbaş (Qax), Balakən, Oğuzda 4, Şəkidə 2, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir. Dördpendirli pizza

İyulun 16-da bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Gəncədə 20, Culfada 19 m/s-yə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!