Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Sosial

30 İyun 2023 21:47 844


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 20:00-a olan məlumatına əsasən, Gəncə, Ağstafa, İsmayıllı, Ağsu, Goranboy, Tərtər, Şamaxı, Yevlax, Mingəçevir, Bərdə, Tovuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyunun 30-da yağan leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, saat 19:10 radələrində isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan qısamüddətli sel keçib. Marqarita pizza

Saat 15:31 radələrində İsmayıllı rayonunda diametri 3 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Tovuzda 30 m/s, Naftalan, Goranboy, Gəncədə 24 m/s, Şəmkir, Yevlax, Ağstafada 20 m/s, Şəmkir, Ceyrançöldə 18 m/s-dək güclənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!