Avqustun 27-29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 28-30 dərəcə isti olacağı gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova danışıb.
O bildirib ki, əksər rayonlarda da qeyd edilən müddətdə yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu aran rayonlarında 30-35, dağlıq ərazilərdə 20-25 dərəcə isti olacaq. pizza hut
Telegram kanalımız