Bilal Əliyevdən məmurlara sərt mesaj   - “Pulları artan kimi...”

saytların hazırlanması

Evə çatdırılma

Bilal Əliyevdən məmurlara sərt mesaj - “Pulları artan kimi...”

Şou

04 Sentyabr 2020 16:56 2644


“Kiminsə pulu artan kimi digərlərini ayağının altında qoymamalıdır. Ona bir parça çörək verilirsə, vəzifə verilirsə, elə etməlidir ki, bacarıqlı insanları ətrafında cəmləşdirsin, qohum-əqrəbasını yox”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Bilal Əliyev vəzifəyə gələn şəxslər barədə danışarkən söyləyib.

Sənətçi dövlət idarələrində vəzifədə işləyənlərə ətraflarına savadlı, bacarıqlı adamları yığmağı məsləhət görüb:  pizza hut

“İnsan başa düşməlidir ki, Allah bu torpağı bütün bəşəriyyətin yaşamağı üçün yaradıb. İnsanlar bi-birlərinə ziyan vurmamalıdır, mehriban yaşamalıdırlar. Kiminsə pulu artan kimi digərlərini ayağının altında qoymamalıdır. Vəzifədəkilər bacarıqlı insanları ətrafında cəmləşdirsin, qohum-əqrəbasını yox. Belə olanda həm savadlı, bacarıqlı insanları işlə təmin etmiş olar, həm də başqalarının maddi durumu düzələr. Amma bu işi elə görməlidir ki, qanun çərçivəsində olsun. Əgər qohum savadlı deyilsə, onu qanad altına almaq mümkün deyil.  Qohuma ancaq o yaxşılığı edə bilərsən ki, sən özünün qazandığın puldan aparıb cibinə 100-200 manat qoyasan. Bacarığı yoxdursa ona yardım edə bilərsən, amma onu vəzifə başına gətirmək düzgün deyil. 

Əgər sən yaşayırsansa, birinci evini qorumalısan, sonra yaşadığı bölgəni, ölkəni qorumağı bacarmalısan. Dünya ölkələri arasında Azərbaycan da öz yerini tutan ölkələrdəndir. Azərbaycan özündə bir çox milləti birləşdirən ölkədir, onların içində ləzgi, talış, udin, ingilis, alman, fars, ərəblər var. Biz artıq onlarla qohum olmuşuq, ərəblərlə azərbaycanlılar bir-birlərinə qız verib, qız alıblar, türklər qan qardaşlarımızdır. Hamımız bir ölkədə birləşmişik, biz elə davranmalıyıq, elə hərəkət etməliyikki, hamı bir-biri ilə doğma insan kimi yaşaya bilsin, can deyib can eşitsinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!