Binədə narkotik satıcısı tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Binədə narkotik satıcısı tutuldu

Kriminal

02 İyun 2023 11:45 893


Binədə taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum edilmiş Kamran İsmayılovdur. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloya yaxın marixuana aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan  “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib. pizza sifarişi

Son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!