Bir kodla həyatınız alt-üst ola bilər: Onlayn kreditlərdə gizli təhlükə

saytların hazırlanması

Evə çatdırılma

Bir kodla həyatınız alt-üst ola bilər: Onlayn kreditlərdə gizli təhlükə

Sosial

08 Sentyabr 2026 14:53 214


Son illərdə bank xidmətlərinin rəqəmsallaşması onlayn kreditlərin geniş yayılmasına səbəb olub. Lakin bu imkanlarla yanaşı, vətəndaşların fərdi məlumatlarından istifadə etməklə onların adından kredit rəsmiləşdirilməsi kimi hüquqi risklər də artıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalara əsasən, banklar onlayn xidmətlər zamanı gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Məhkəmə təcrübəsində bəzi hallarda üçüncü şəxslərin vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirdiyi və vəsaiti öz hesablarına köçürdüyü mübahisələrə rast gəlinir. pizza

Hüquqi baxımdan isə dələduzluq faktının mövcudluğu avtomatik olaraq kredit müqaviləsinin etibarsız sayılması demək deyil. Məhkəmə hər bir iş üzrə bankın qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan digər sübutları birlikdə qiymətləndirir.

Bu səbəbdən vətəndaşlara FIN kodunu, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS təsdiq kodlarını və bank tətbiqinə giriş məlumatlarını digər şəxslərlə paylaşmamaq tövsiyə olunur. Biometrik məlumatların təhlükəsizliyi də təmin edilməlidir.

Həmçinin mobil nömrə dəyişdirildikdə bu barədə banka dərhal məlumat verilməli, bank hesabları və bildirişlər mütəmadi yoxlanılmalıdır. Şübhəli zəng və mesajlara cavab verməkdən çəkinmək vacibdir.

Adına xəbəri olmadan kredit rəsmiləşdirildiyini aşkar edən şəxslər isə dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Mütəxəssislər bildirirlər ki, onlayn kreditlərin təhlükəsizliyi yalnız bankların tətbiq etdiyi texniki qorunma tədbirlərindən deyil, vətəndaşların şəxsi məlumatlarının mühafizəsinə nə dərəcədə diqqətlə yanaşmasından da asılıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!