Bir sıra tələblər ləğv edilir -   Bu şəxsləri sevindirən xəbər

saytların hazırlanması

Evə çatdırılma

Bir sıra tələblər ləğv edilir - Bu şəxsləri sevindirən xəbər

Sosial

15 Sentyabr 2026 15:50 116


Bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bir sıra mövcud tələblər sadələşdirilir.

Bu barədə "Yeni Sabah"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Dəyişikliklərə əsasən, bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla, torpağın elektrik keçiriciliyi – EC və viruslardan azad olma ilə bağlı analiz tələbi aradan qaldırılır. pizza sifarişi

Bundan əlavə, intensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bundan sonra bütün ölkə ərazisinə şamil ediləcək.

İntensiv zeytun bağları üzrə minimum sahə tələbi də əhəmiyyətli dərəcədə azaldılır. Belə ki, minimum sahə 50 hektardan 5 hektara endirilir. Naxçıvan Muxtar Respublikasında isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektar müəyyən edilir.

Dəyişikliklər bağların salınması üçün yüksəklik tələblərinə də aiddir. Belə ki, intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nar bağları üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun bağları üzrə maksimal yüksəklik isə 300 metrədək artırılır.

Naxçıvan Muxtar Respublikasında qoz bağları üzrə minimum yüksəklik tələbi də aradan qaldırılır.

Beləliklə, dəyişikliklərin əsas məqsədi fermerlərin bağçılıq subsidiyalarından daha rahat yararlanmasına imkan yaratmaq və bağların salınması prosesində tətbiq olunan bəzi tələbləri sadələşdirməkdir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!