Birinci vitse-prezident Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Birinci vitse-prezident Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında - FOTOLAR

Sosial

26 Avqust 2026 17:03 83


Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

"Yeni Sabah" xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.

116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir. Marqarita pizza

Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.

Yeni körpələr evi-uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, uşaqların məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün burada 36 yerlik ikimərtəbəli əlavə korpus inşa olunub.

Körpələr evi-uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, tibb, geyinib-soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlar və mebellərlə təmin olunub.

Uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!