Qırğızıstan və Özbəkistan paytaxtlarında zəlzələ baş verib.
Bu barədə Oxu.Az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar 5.1 bal gücündə olub. Zəlzələnin episentri Qırğızıstan-Özbəkistan sərhədi yaxınlığında, təxminən 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
Telegram kanalımız