Bitcoin yenidən 86 min dolları keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bitcoin yenidən 86 min dolları keçdi

İqtisadiyyat

02 Oktyabr 2026 16:23 61


Kriptovalyuta bazarında canlanma davam edir.

“Yeni Sabah” xəbər verir ki, Bitcoin sentyabr ayında əldə etdiyi yüksəlişi davam etdirərək oktyabr ayına da artımla başlayıb. Aparıcı kriptovalyutanın qiyməti 86 min dolları keçib.

CoinMarketCap məlumatlarına görə, qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində 2,27 faiz artaraq 2,93 trilyon dollara çatıb. Pepperoni pizza

Bitcoin bu gün 3 faizdən çox bahalaşaraq 86 min 347 dollar səviyyəsində qərarlaşıb. Son bir həftə ərzində isə kriptovalyutanın qiyməti 2,6 faiz artıb.

Bazar dəyərinə görə ikinci sırada olan Ethereum da təxminən 2 faiz bahalaşaraq 2 745 dollara yüksəlib.

Analitiklər Bitcoinin son üç ayda güclü toparlanma nümayiş etdirdiyini bildirirlər. Bununla belə, ABŞ-İran gərginliyi kimi geosiyasi risklər və mövcud faiz dərəcələri investorların ehtiyatlı davranmasına səbəb olur.

Ekspertlər həmçinin ABŞ-da açıqlanacaq kənd təsərrüfatından kənar məşğulluq göstəricisinin kriptovalyuta bazarının istiqamətinə təsir göstərə biləcəyini qeyd edirlər. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!