WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm.
"Yeni Sabah" xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində çıxışında deyib.
Baş katibin müavini qeyd edib ki, Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir. Toyuqlu pizza
O vurğulayıb ki, iqlim dəyişiklikləri və urbanizasiya təzyiqləri dünyada təsirlərini daha da artırır.
BMT rəsmisi həmçinin UN-Habitat və BMT sisteminin əməkdaşlarına forumun uğurla keçirilməsində göstərdikləri peşəkarlığa və fədakarlığa görə təşəkkür edib.
Əminə Məhəmməd əlavə edib ki, bu gün bəşəriyyətin böyük hissəsi şəhərlərdə yaşayır və şəhərlər insanların həyat reallıqları əsasında formalaşdırılmalıdır.
Telegram kanalımız