BMW-dən radikal addım: 8 min nəfər işdən çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

BMW-dən radikal addım: 8 min nəfər işdən çıxarılır

İqtisadiyyat

02 Oktyabr 2026 08:37 64


Almaniyanın avtomobil nəhəngi  BMW böhrandan çıxış üçün radikal addımlar atmağa hazırlaşır.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, ilin əvvəlindən bu yana səhmləri 40%-dən çox dəyər itirən Münhen mərkəzli konsern xərcləri azaltmaq və idarəetməni sürətləndirmək məqsədilə genişmiqyaslı ixtisarlara başlayır.

Şirkətin açıqladığı yeni yol xəritəsinə əsasən, qlobal miqyasda 8 min əməkdaş işdən çıxarılacaq. Bu qərarla illik 1 milyard avro qənaət olunması hədəflənir. Bundan başqa, gələn ilin ortalarınadək şirkətdəki hər 5 şöbədən biri ləğv ediləcək və müvafiq rəhbər vəzifələr ixtisara düşəcək. pizza hut

BMW-nin böhranla üzləşməsinin əsas səbəbi dünyanın en böyük avtomobil bazarı olan Çindəki geriləmədir. Şirkət bu regionda strategiyasını köklü şəkildə dəyişir. Çində çatdırılma həcmi 626 min ədədə qədər düşən BMW bu bazarda kiçik və kompakt modellərin satışını tamamilə dayandırır.

Şirkət 2030-cu ilə qədər Çində satılan avtomobillərin 95%-dən çoxunu məhz bu ölkədə istehsal etməyi, həmçinin istehsal olunan modelləri İndoneziya və Tailand kimi Cənub-Şərqi Asiya ölkələrinə ixrac etməyi planlaşdırır.

Alman brendi 2028-ci ilə qədər avtomobil seqmentində mənfəət marjasını 3-5% səviyyəsinə çatdırmağı, 2030-cu ildən sonra isə 8-10% aralığına qayıtmağı hədəfləyir.

Eyni zamanda, BMW vahid qlobal model konsepsiyasından imtina edərək regional tələblərə uyğun istehsala keçir. ABŞ bazarı üçün yeni lüks SUV modeli təqdim olunacaq, Avropa bazarı üçün isə Leypsiq zavodunda “Neue Klasse” platformasında tam elektrikli kompakt model istehsal ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!