Boris Conson reanimasiyaya yerləşdirildi
06 Apr 2020 23:52
189

Boris Conson reanimasiyaya yerləşdirildi

Koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan məlumatda deyilir.

“Bu gecə Baş Nazirin vəziyyəti pisləşdi və həkimlərinin tövsiyəsi ilə o, reanimasiya şöbəsinə köçürüldü. Baş Nazir Xarici İşlər naziri Dominik Raabdan xahiş etdi ki, onu əvəzləsin”, - deyə sənəddə qeyd olunub. /APA

Oxşar xəbərlər