Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Türkiyədə keçirilən görüşdə iki ölkə arasında rabitə kanallarının saxlanmasının vacibliyini müzakirə ediblər.
Yenisabaha.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
O deyib: "Onlar təhlükəsizliyimizin gələcəyinə təsir edən məsələlərdə Rusiya ilə əlaqə kanallarının açıq saxlanılmasını müzakirə ediblər. Ankarada keçirilən görüşdə söhbət Rusiya ilə açıq qalan adi kommunikasiya kanallarından gedirdi". Dominos pizza
O, hər hansı səhv hesablamalara yol verməmək üçün Rusiya ilə dialoqun aparılmasının vacibliyini vurğulayıb.
Noyabrın 14-də CNN ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən xəbər verir ki, Börns və Narışkin Rusiyada cəza çəkən Amerika vətəndaşları ilə bağlı vəziyyəti və “nüvə risklərini” də müzakirə ediblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 14-də bu görüşlə bağlı xəbərləri şərh etməkdən imtina etdi və ertəsi gün dedi: "Bu danışıqların məzmunu ilə bağlı deyəcək heç nə yoxdur".
BMT-nin baş katibi Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının bu danışıqlarda iştirak etmədiyini, lakin onların keçirilməsini alqışladığını bildirib.
Oktyabr ayında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və Baş Qərargah rəisi Valeri Gerasimov da telefon danışığında Vaşinqton və Moskva arasında rabitə kanallarının açıq qalması barədə razılığa gəliblər.
Telegram kanalımız