Bricit Makronun həyatı barədə serial çəkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Bricit Makronun həyatı barədə serial çəkiləcək

Şou

17 Aprel 2024 11:21 389


Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, "Gaumont" prodüser şirkəti “Bridget, a free woman” ("Bricit - azad qadın") adlı 6 hissədən ibarət serial çəkəcək.

Ssenariçilərindən biri bildirib ki, serial cütlüyün ilk görüşü ilə başlayacaq. pizza sifarişi

Bricit Makron hazırkı əri ilə ilk dəfə orta məktəbində müəllim işləyərkən tanış olub.

Cütlük 2007-ci ildə, Makronun 29, Bridgetin 54 yaşı olanda evlənib.

O, bir müddət müəllimlik fəaliyyətini davam etdirib, lakin 2015-ci ildə əri siyasətə gələndə işdən ayrılıb. Makron 2017-ci ildə prezident seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!