Azərbaycanın Xalq artisti Brilliant Dadaşovaya qarşı dələduzluq əməli törədilib.
“Yeni Sabah”xəbər verir ki, bu barədə müğənni Türkiyənin “TV8” kanalında “Gel konuşalım” proqramında çıxış edərkən deyib. Sənətçi iddia edir ki, bəstəkarlar Fettah Can və Metin Özülkün onu aldadıblar.
B. Dadaşovanın sözlərinə görə, Metin Özülkü ilə proqramda görüşüb: “Mənə dedi ki, sənə mahnılar verə bilərəm. 4-5 mahnı barədə danışdıq. Yeni mahnılar yazıb, aranjiman etməliydi”. Dominos pizza
F. Can isə B. Dadaşovaya 4-5 mahnı göstərib. Hətta müğənni bu mahnılara görə ödəniş də edib və sonra studiyaya gedərək həmin mahnıları oxuyub. Amma sonradan həmin şəxsə zəng vurub mahnılarla maraqlandıqda müğənniyə müxtəlif yalanlar uydurub: “Sonra nə vaxt zəng etdim, “Mən köçürəm”, “Sevgilimdən ayrılmışam”, - deyə, bəhanələr gətirdi. Pul da getdi, mahnılar da. 19 min dollar Metin Özülkü də, 18 min dollar Fettah Canda. Danışanda da “Özünü reklam edirsən”, - deyirlər. Bunun üçüncü yolu nədir, desinlər”.
Proqramın aparıcıları Fettah Can və Metin Özülkünün güvənilən bəstəçilər olduqlarını, Brilliant Dadaşovanın iddiasına inanmadıqlarını, özünü Türkiyədə reklam etdiyini söyləyiblər.
Telegram kanalımız