Böyük Britaniya Silahlı Qüvvələrinin hərbiçisi Ukraynada yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 12-də baş verib. Nazirlik hərbçinin ölümünü təsdiqləyib və onun ailəsinə məlumat verildiyini bildirib. Pepperoni pizza
Britaniya Müdafiə Nazirliyi hadisənin təfərrüatlarını açıqlamayıb.
Britaniya mediasının məlumatına görə, söhbət Ukraynada xidmət edən Britaniya hərbçisindən gedir.
Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl Ukraynada az sayda Britaniya hərbçisinin olduğunu təsdiqləyib.
Onların missiyası Böyük Britaniyanın diplomatik nümayəndəliyinin təhlükəsizliyini təmin etmək və Ukrayna Silahlı Qüvvələrinə dəstək verməkdən ibarətdir.
Bundan əlavə, Ukraynada hərbi tibb üzrə təlimlər keçirən Britaniya hərbçiləri də fəaliyyət göstərir.
Telegram kanalımız