Britaniya Ukraynanı “Storm Shadow“ ilə təchiz edib - Mənbə

saytların hazırlanması

Evə çatdırılma

Britaniya Ukraynanı “Storm Shadow“ ilə təchiz edib - Mənbə

Dünya

03 Noyabr 2025 17:00 227


Böyük Britaniya bu yaxınlarda Ukraynaya daha bir neçə “Storm Shadow” raketi ötürüb.

"Yeni Sabah" bloomberg-ə istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbələr danışıb.

Kiyevin aldığı raketlərin dəqiq sayı göstərilmir, lakin yeni tədarüklər Ukraynanı qış boyu təmin etməlidir, çünki Böyük Britaniya Rusiyanın bu müddət ərzində hücumlarını gücləndirəcəyindən ehtiyat edir. pizza

London ilk dəfə 250 km-ə qədər mənzilli "Storm Shadow" qanadlı raketlərini 2023-cü ildə Kiyevə köçürüb. Ukrayna onları ilk dəfə 2024-cü ilin noyabrında Rusiyadakı hərbi hədəflərə qarşı istifadə edib. Britaniya rəsmiləri Kiyevin müharibə başlayandan bəri ümumilikdə nə qədər raket aldığını açıqlamır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!