Bu ayda doğulan uşaqlar daha ağıllı olur

saytların hazırlanması

Evə çatdırılma

Bu ayda doğulan uşaqlar daha ağıllı olur

Sosial

24 Noyabr 2023 15:03 647


Amerikalı mütəxəssislər ağıllı və çalışqan insanların daha çox doğulduğu ayı açıqlayıb. 

Yenisabah.az Lent.az-a istinadən bildirir ki, aparılan araşdırmada 6-15 yaş arası məktəblilərin məlumatları toplanılıb və ortaya maraqlı nəticələr çıxıb. 

Məlum olub ki, avqustda doğulan uşaqlar məktəbdə ən aşağı, sentyabrda doğulanlar isə ən yüksək qiymətləri alıblar.  pizza sifarişi

Tədqiqatçılar sentyabr ayında doğulan insanların ən prestijli kollec və universitetlərə qəbul olduğunu da müəyyən edib. 

Alimlər qeyd edirlər ki, sentyabr-dekabr ayları arasında doğulanlar sayca yaz və ya yayda doğulanlara nisbətən üstünlük təşkil edirlər. Bu da onlar arasında bacarıq, istedad fərqi yarada bilər. Mütəxəssislərin fikrincə, nəticələrin səbəblərindən biri də məhz budur. 

Araşdırma zamanı Florida ştatında yerləşən həbsxanalardakı məhbuslarla bağlı məlumatlar da öyrənilib. Belə nəticəyə gəlinib ki, sentyabr ayında doğulanların, yeniyetmə yaşlarında törətdikləri cinayətlərə görə cinayət törətmə ehtimalı azdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!