Özəl bağçaların dövlət proqramına cəlb edilməsi hər il keçirilən müsabiqə əsasında həyata keçirilir.
"Yeni Sabah" xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş informasiya direktoru Vüsal Xanlarov brifinq zamanı özəl bağçaların siyahısı ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, hər il müvafiq müsabiqə elan olunur və özəl bağçalar həmin prosesdə iştirak edirlər. Müəyyən edilmiş tələblərə cavab verən bağçalar proqramda iştirak etmək hüququ əldə edirlər. pizza
V.Xanlarovun sözlərinə görə, həmin bağçalara övladını göndərən valideynlər müəyyən edilmiş xərci ödəyir, dövlət isə öz üzərinə düşən hissəni qarşılayır.
"Yəni xərc bağçanın hesabına oturanda biz də həmin hesaba müvafiq qaydada vəsaiti ödəyirik ki, uşaq təhsilə gedə bilsin", - deyə o qeyd edib.
O, konkret bağçaların, o cümlədən əvvəllər siyahıda adı olan bəzi müəssisələrin hazırkı siyahıda niyə yer almaması ilə bağlı suala isə dəqiq cavab verə bilməyəcəyini bildirib.
V.Xanlarov qeyd edib ki, siyahının formalaşdırılması müəyyən edilmiş müsabiqə və seçim prinsipləri əsasında həyata keçirilir.
Aytac Əliyeva
Telegram kanalımız