Bu bank müştərilərini boğaza yığıb: “Pul hesaba oturmur”

saytların hazırlanması

Evə çatdırılma

Bu bank müştərilərini boğaza yığıb: “Pul hesaba oturmur”

İqtisadiyyat

22 Sentyabr 2026 09:17 250


Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb.

“Yeni Sabah” xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredit ödənişləri zamanı tətbiqdə yaranan nasazlıqlar səbəbindən maddi ziyana düşdüyünü bildirib.

Şikayətçi qeyd edib ki, kredit borcunu vaxtında ödəməsinə baxmayaraq, mobil tətbiqdəki texniki xəta səbəbindən vəsait hesaba oturmayıb: Pepperoni pizza

"İlk əvvəl kredit ödənişi etdiyim halda tətbiqdəki texniki xətaya görə pul hesaba oturmadı. Üzərinə əsassız faiz və gecikmə günü gəlməyə başladılar. Dəfələrlə bildirsəm də, “müraciətiniz araşdırılır” dedilər. Bir aya yaxın faiz hesablandıqdan sonra məbləği bərpa etdilər. İkinci dəfə ödəniş etdikdə yenə eyni hal təkrarlandı. Bu gün isə təqaüdümdən əsassız hesabladıqları faizlə birlikdə kredit ödənişini çıxıblar. Artıq növbəti ayın ödəniş vaxtı çatır. Bu qanunsuzluğun qarşısını necə ala bilərəm?"

Vətəndaş bank tərəfindən tətbiq olunan faiz və gecikmə cərimələrinin əsassız olduğunu vurğulayaraq, problemin həlli üçün kömək istəyib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!