Bu Bazar qəbul imtahanı var

saytların hazırlanması

Evə çatdırılma

Bu Bazar qəbul imtahanı var

Sosial

08 İyul 2026 14:46 51


Dövlət İmtahan Mərkəzi iyulun 12-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan olacaq.

İmtahanda I ixtisas qrupu üzrə 24997, IV ixtisas qrupu üzrə 5302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 6057 nəfər olmaqla, ümumilikdə 36356 abituriyentin iştirakı nəzərdə tutulur. Dördpendirli pizza

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!